Bank Of Baku

İran Xalq Mücahidlər Təşkilatının rəhbəri Məsud Rəcəvi tərəfdarlarını Mirhüseyn Musəvinin çağırışına qoşulmağa çağırıb

İran Xalq Mücahidlər Təşkilatının rəhbəri Məsud Rəcəvi tərəfdarlarını Mirhüseyn Musəvinin çağırışına qoşulmağa çağırıb
# 01 mart 2010 13:01 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikasının ən böyük müxaliflərindən olan və hazırda mühacir həyatı yaşayan İran Xalq Mücahidlər Təşkilatının rəhbəri Məsud Rəcəvi tərəfdarlarını İranın müxalifət liderlərindən olan Mirhüseyn Musəvinin çağırışına qoşulmağa çağğırıb. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, M. Rəcəvi bununla bağlı xüsusi bəyanatla çıxış edib, bəzi əl telefonlarına hətta da sms-lər də göndərilib.

Qeyd edək ki, M. Musəvi tərəfdarlarını ilin son çərşənbə axşamı – martın 16-da Tehranda küçə yürüşləri keçirməyə çağırıb. O bu çağırışı fevralın 27-də “Balatərin” saytına verdiyi müsahibədə qeyd edib.

Xatırladaq ki, M. Rəcəvi 19 yaşından İranın Xalq Mücahidlər Təşkilatının ideoloji şöbəsində - bu təşkilatın rəhbəri Məhəmməd Hənifnejadın yanında çalışıb (Məhəmməd Hənifnejad İranda şah rejimi zamanı edam olub). M. Rəcəvi şah zamanı edam hökmünə məhkum olunsa da, sonradan sürgün edilib. İran İslam İnqilabından sonra o, İran əleyhinə bəyanatlarla çıxış etdiyindən İraqa qaçıb. M. Rəcəvi İran-İraq müharibəsi zamanı İraqın sabiq rəhbəri Səddam Hüseynin xüsusi himayəsində olub, öz dəstəsi ilə İran əleyhinə hücumlar, o cümlədən İran daxilində terror aktları həyata keçirib. Son 7 ildə M. Rəcəvidən heç bir xəbər olmayıb, hətta onun öldüyü barədə məlumatlar yayılıb. İranda 2009-cu ildə keçirilmiş prezident seçkisindən sonra isə onun bəyanatları yayılmağa başlayıb. M. Rəcəvinin hazırda İraqda olduğu güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR