Bank Of Baku

İran Mətbuata Nəzarət Şurası “Etimad” qəzetini bağlayıb, “Keyhan” qəzetinə isə xəbərdarlıq edib

İran Mətbuata Nəzarət Şurası “Etimad” qəzetini bağlayıb, “Keyhan” qəzetinə isə xəbərdarlıq edib
# 01 mart 2010 15:48 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası “Etimad” qəzetinin yayımını dayandırıb və “İrandoxt” (İran qızı) həftəlik gurnalının lisenziyasını isə ləğv edib. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, Mətbuata Nəzarət Şurasının bu gün keçirdiyi iclasında 30 qəzet və jurnalın lisenziyası təqdim olunub. Bu iclasda Tehranda çıxan “İrandoxt” və Həmədan əyalətində nəşr olunan “Sina” əyalət jurnallarının lisenziyası ləğv edilib, “Etimad” qəzetinin isə yayımının dayandırılmağına qərar verilib. Bununla əlaqədar sənədlər Tehranın məhkəmə orqanlarına göndəriləcək. Mətbuata Nəzarət Şurası “Keyhan” qəzetinə dini materialları yumor xarakterli çap etdiyinə görə və “Əsre mərdom” (İnsan əsri) qəzetinə dini rituallara məhəl qoymadığına görə xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR