Bank Of Baku

Son bir ay ərzində İraqda zorakılıq qurbanlarının sayı iki dəfə artıb

Son bir ay ərzində İraqda zorakılıq qurbanlarının sayı iki dəfə artıb
# 01 mart 2010 18:34 (UTC +04:00)
Bakı-APA. Cari ilin fevral ayı ərzində İraqda 352 nəfər zorakılığın qurbanı olub ki, bu da əvvəlki ayla müqayisədə iki dəfə çoxdur. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Daxili İşlər Nazirliyinin rəsmisi, general Əli Xələf bildirib.

Onun sözlərinə görə, yanvar ayında zorakılıq qurbanlarının sayı 135 nəfər olub.

«Fevral ayı ərzində həlak olmuş 352 nəfərin 211 nəfəri dinc əhali, 45 nəfəri hərbi qulluqçu, 96 nəfəri isə polis əməkdaşı olub», - deyə o bildirib.

DİN-in məlumatına görə, hesabat dövrü ərzində 684 nəfər yaralanıb ki, onların da 424 nəfəri dinc əhalidir.

General Xələf zorakılığın artmasını ölkə üçün martın 7-də keçiriləcək, «həlledici sınaq» hesab olunan ümumi parlament seçkilərinin yaxınlaşması ilə əlaqələndirib.

Onun sözlərinə görə, yaraqlılar və terrorçular zorakılıq aktları həyata keçirməklə Nuri əl-Malikinin başçılıq etdiyi hökumətə seçki ərəfəsində əhalinin etimadını azaltmağa və onun «əhalinin təhlükəsizliyini təmin edə bilmədiyini» nümayiş etdirməyə çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR