Bank Of Baku

Mir Hüseyn Musəvi İranda genişmiqyaslı etiraz aksiyalarına çağırıb

Mir Hüseyn Musəvi İranda genişmiqyaslı etiraz aksiyalarına çağırıb
# 01 mart 2010 23:13 (UTC +04:00)
Bakı-APA. İranın yüksək səviyyəli müxalifət lideri Mir Hüseyn Musəvi keçən həftənin şənbə günü hökumətə münasibətini bir daha nümayiş etdirərək, ölkə boyu genişmiqyaslı etiraz aksiyalarına çağırıb. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu çağırış dini ruhani lider Ayətulla Əli Xameneyinin Musəvi və digər müxalifət liderlərinin rejimdən kənarlaşdırılmalı olduğunu deməsindən bir neçə gün sonraya təsadüf edir.


Musəvinin ali ruhani lider Ayətulla Əli Xameneiyə müxalifətin etiraz yürüşləri keçirməsinə icazə verməsi barədəki müraciəti onun açıq itaətsizliyini nümayiş etdirib. Musəvinin müraciəti Ayətullahın müxalifət liderləri əleyhinə kəskin bəyanatlarının Mütəxəssislər Məclisi tərəfindən də dəstəklənməsindən sonraya təsadüf edir. İranın ali ruhani lideri müxalifət liderlərinin rejimdən tam olaraq kənarlaşdırılmasına çağırıb ki, bu onların seçkilərdə iştirakının da qarşısını ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR