Bank Of Baku

Netanyahu: «Rusiya və Çin İrana qarşı sanksiyalar barədə heç bir vəd vermir»

Netanyahu: «Rusiya və Çin İrana qarşı sanksiyalar barədə heç bir vəd vermir»
# 02 mart 2010 21:11 (UTC +04:00)
Bakı – APA. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Rusiya və Çin İranın nüvə proqramına qarşı sanksiyalar verəcəyi barədə heç bir vəd verməyiblər. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verib.

Netanyahu əmin olduğunu bildirib ki, BMT-nin bu iki daimi üzvü İrana qarşı sanksiyaları dəstəkləməsələr də təşkilat onların veto hüququndan istifadəsinə imkan verməyəcək.

Netanyahu Rusiya və Çinə son səfərləri zamanı bəyan edib ki, İranın nüvə proqramı İsrail dövləti üçün əsas təhlükədir.

Qərb dövlətləri belə fikirdədirlər ki, İranın nüvə proqramı nüvə silahı yaratmağı nəzərdə tutur. Tehran isə zənginləşdirilmiş uranın enerji resursu kimi istifadə edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR