Bank Of Baku

Əfqanıstan hökuməti yaraqlı hücumları barədə hazırlanan məlumatların yayımına qadağa qoyub

Əfqanıstan hökuməti yaraqlı hücumları barədə hazırlanan məlumatların yayımına qadağa qoyub
# 02 mart 2010 23:17 (UTC +04:00)
Bakı-APA. Əfganıstan hökuməti yaraqlıların bundan öz məqsədləri üçün istifadə etdiklərini deyərək, yaraqlı hücumları barədə medianın hazırladığı məlumatların yayımına qadağa qoyub. Ölkənin Kəşfiyyat Agentliyinin bu qadağa barədə məlumatı bütün xəbər agentliklərinə ayrı-ayrılıqda çatdırdığı deyilir.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, hökumət rəsmiləri yaraqlıların Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçən həftə Kabildə 16 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun təhqiqatı ilə bağlı məlumatlardan istifadə etdiklərini bildiriblər. İnsan haqları qrupları isə qadağa barədə qərarın senzura anlamına gəldiyini və Əfqanıstan konstitusiyasına zidd olduğunu bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR