Bank Of Baku

İranda Aşura günü keçirilən aksiyalarda həbs olunanlardan biri barədə edam hökmü qüvvədə saxlanıb

İranda Aşura günü keçirilən aksiyalarda həbs olunanlardan biri barədə edam hökmü qüvvədə saxlanıb
# 03 mart 2010 14:57 (UTC +04:00)
Bakı Süleyman Fərzəliyev-APA. İranın Damğan Universitetinin tələbəsi, 20 yaşlı Məhəmmədəmin Vəliyan barədə edam hökmü qüvvədə saxlanıb. APA-nın “Emruz”a istinadən verdiyi məlumata görə, Tehran İnqilab Məhkəməsinin hakimi Fərid Salavati bildirib ki, Məhəhmmədəmin Vəliyan islam ölkəsinin əleyhinə təbliğat aparmaqda, cəmiyyətdə qarışıqlıq yaratmaqda və islam dövlətinin yüksək vəzifəli şəxslərin əleyhinə təbliğat aparmaqda günahkar bilinərək barəsində edam hökmü çıxarılıb. Adı çəkilən şəxsin nə zaman edam olunacağı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR