Bank Of Baku

Nika Laliaşvili: «Kazbeqi-Yuxarı Lars nəzarət buraxılış məntəqəsinin açılmasının Gürcüstana heç bir xeyri yoxdur»

Nika Laliaşvili: «Kazbeqi-Yuxarı Lars nəzarət buraxılış məntəqəsinin açılmasının Gürcüstana heç bir xeyri yoxdur»
# 03 mart 2010 20:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin müxalifəti təmsil edən və «Xristian-demokrat» fraksiyasının sədr müavini Nika Laliaşvili Kazbeqi-Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin açılışına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, məntəqənin açılmasını Gürcüstan hökumətinin fikirləşməmiş addımı adlandırıb.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə konfliktdə yaşayır və digər ölkələrdə də belə konfliktlərin yaşanmasını istəmir: «Bununla belə Lars barədə fikrim odur ki, heç kim bu məntəqənin açılmasını istəmir. O cümlədən Kazbeqi rayonunun 5 mindən çox əhalisi də bunu yaxın qoymur. Biz müxalifət partiyası kimi onları dəstəkləyirik. Bu əhalini hökumət də dəstəkləməlidir. İlk növbədə Larsın açılmasında burada yaşayan əhaliyə qarant verilməli idi. Biz müxalifət olaraq yerli əhalinin maraqlarını müdafiə edirik. Hökumət də onların marağını müdafiə etməlidir. Larsın açılması Gürcüstana, ən başlıcası Kazbeqi rayon əhalisinə heç bir xeyri yoxdur. Burada maksimum yalnız bir əlavə restoran açıla bilər və yaxud yol kənarında bir budka qoyub snikers sata bilərlər. Sərhədin açılması çox təhlükəli bir prosesdir. Burada gözlənilməyən neqativ hadisələr baş verə bilər».

APA-nın «Buraxılış məntəqəsində nəzarət zəif olarsa, Ermənistana silah daşına bilərmi?» sualını N.Laliaşvili belə cavablandırıb: «Lars nəzarət buraxılış məntəqəsi Rusiyanın Gümrüdəki hərbi bazasına görə bağlanmışdı. Bu bazaya bu məntəqədən ərzaq və əsgər formaları və digər hərbi yüklər daşınırdı. Mən silah daşınması barədə söz açmıram. Əgər məntəqə açılarsa, indi də hərbi yüklər buradan keçəcək. Bu məsələ barədə aidiyyatı orqanlar ciddi düşünməli, heç vəchlə buna yol verilməməlidir. Onlar bütün imkanlardan istifadə edib nəzarəti gücləndirməlidirlər ki, hərbi yüklər Gürcüstan ərazisindən keçib Ermənistan ərazisinə, o cümlədən Rusiyanın buradakı Gümrü hərbi bazasına daxil olmasın».

Nika Laliaşvili qeyd edib ki, bizdə dəqiq informasiya var ki, Rusiyanın Vladiqafqazda QHT-ləri var ki, onları Rusiyanın Federal Təhlükəsizlik şurasının mənbələri maliyyələşdirir: «Rusiya hələ keçən əsrin 90-cı illərdən Gürcüstandan köçmüş etnik azlıqlar olan osetinlərə yalan tarixi məlumatlar verirlər ki, Kazbeqi rayonu Osetiyaya məxsusdur. Onlar qeyd edirlər ki, Mərkəzi Alaniyanı Şərqi Alaniya ilə birləşdirəcəklər. Onların istəyi budur ki, Kazbeqidə olan torpaqları planlı şəkildə alıb kiçik münaqişələr yaratsınlar. Mən demirəm ki, bu siyasi münaqişədir. Xeyr. Bu sosial-məişət zəmində baş verəcək münaqişələr olacaq və gələcəkdə Rusiyanın hərbi aqressiyasına çevriləcək. Nəticədə Rusiya Kazbeqi torpaqlarını da işğal edəcək. Rusiya cəhd edir ki, mövcud balansı pozsun. Bu, Vladiqafqazda, Yerevanda yazılmış planlar deyil. Bu planlar Moskvada Kremldə yazılıb. Biz dəqiq bilirik ki, belə plan mövcuddur. Ümumiyyətlə, Cənubi Qafqazda hər şey tükdən asılıdır ki, münaqişələr başlasın. Çünki hələlik burada stabillik görünmür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR