Bank Of Baku

İraqda intiharçı hücumları otuzdan çox adamın ölümü ilə nəticələnib

İraqda intiharçı hücumları otuzdan çox adamın ölümü ilə nəticələnib
# 03 mart 2010 23:11 (UTC +04:00)
Bakı-APA. İraq polisi Baquba şəhərində 3 intiharçı hücumu nəticəsində azı 31 nəfər həlak olduğu və 48 nəfərin yaralandığı barədə məlumat yayıb.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən yaydığı xəbərə görə, ilk iki partlayış hökumət binalarının və polis məntəqəsinin yaxınlığında baş verib.

Üçüncü hücumda isə birinci və ikinci hadisələrin qurbanlarını təcili maşınlar xəstəxanaya aparan vaxt intiharçı özünü partladıb.

Baquba paytaxt Bağdadın təxminən 60 kilometrliyində yerləşir və Diyala vilayətinin inzibatı mərkəzidir.

Qeyd edək ki, bu hadisə parlament seçkilərinə bir neçə gün qalmış baş verib. Bu seçkilər 2003-cü ildə Birləşmiş Ştatların başçılığı altında diktator Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə keçirilən ikinci parlament seçkiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR