Bank Of Baku

Taliban Əfqanıstan hökumətini söz azadlığının pozulmasında ittiham edir

Taliban Əfqanıstan hökumətini söz azadlığının pozulmasında ittiham edir
# 04 mart 2010 03:48 (UTC +04:00)
Bakı–APA. Əfqanıstanda hökumətin taliblərin hücumunu videolentə çəkməyi qadağan edib. APA-nın Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, mart ayının 2-də eyridilmiş qadağanın məqsədi taliban silahlılarına yeni terror hücumlarını təşkil etmək bəhanəsini verməməkdir.

«Həmid Qərzayi hökuməti tərəfindən görülən tədbirlər söz azadlığını pozur və buna heç bir bəraət qazandırmaq olmaz», – deyə Taliban hərəkatının nümayəndəsi Yusif Əhmədi vurğulayıb.

Yusif Əhmədi onu da qeyd edib ki, bu qadağaya tabe olmaq istəməyən hər bir KİV nümayəndəsinə Taliban dəstək verəcək.

Xatırladaq ki, 1996–2001-ci illərdə Taliban hərəkatı Əfqanıstanda hakimiyyətdə olarkən, televiziya, internet, video oyun, musiqi və digər canlı şəkillərin nümayişinə qadağan tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR