Bank Of Baku

Ayətullah Məkarim Şirazi müxalifətçi gəncin edamına qarşı çıxıb

Ayətullah Məkarim Şirazi müxalifətçi gəncin edamına qarşı çıxıb
# 04 mart 2010 16:48 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Biz bilirik ki, Aşura günü ölkədə baş verən hadisələr zamanı bəzi gənclər təsir altına düşərək hisslərini cilovlaya bilməyiblər və müəyyən hadisələr törədiblər. Bizim vəzifəmiz doğru yolu göstərmək və onları bu yola yönəltməkdir. Terrorçu və ya düşmən qüvvələrə bağlı olmayanları bağışlamalıyıq”. APA-nın məlumatına görə, ayətullah Məkarim Şirazi özünün “Makaremshirazi.org” saytında bu açıqlama ilə çıxış edib. Şirazi bildirib ki, bəzi saytlar onun 20 yaşlı Məhəmməd Əmin Vəliyan, eləcə də Aşura günü qanunsuzluq törədənlər digər şəxslər barəsində “Müharib” (islama qarşı çıxmaq) hökmü verdiyi barədə xəbərlər yayıblar: “Biz belə bir hökm verməmişik. Bu, bəzi saytların uydurmasıdır. Xahiş edirəm, hökm çıxarmaqda tələsməyin”.

Ayətullah Yusif Sanei də öz növəsində bəyan edib ki, hər kəsin etiraz etmək, fikir bildirmək hüququ var: “Bu etiraz “Müharib” hesab olunmur, etiraz edənlər öz hüquqlarını tələb edirlər. Onların etirazı lazımdır. Bunu islamla əlaqələndirib edam hökmü çıxarmaq düzgün deyil. “Müharib” hökmü insanlara silahlı basqın edənlərə və islam əleyhinə üsyan edənlərə qarşı nəzərdə tutulub”.

Qeyd edək ki, İranın Damğan Universitetinin tələbəsi, 20 yaşlı Məhəmməd Əmin Vəliyan Aşura günü Tehranda aksiya keçirilən meydanların birində polis tərəfindən saxlanılarkən əlində daş parçası olub. Tehranın İnqilab Məhkəməsi onun barəsində edam hökmü çıxarıb. Məhkəmə edam hökmünə əsas olaraq ayətullah Məkarim Şirazinin hadisələrdə iştirak edənlər barədə “Müharib” hökmü verdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR