Bank Of Baku

Pakistanın Mohmand bölgəsində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurma olub

Pakistanın Mohmand bölgəsində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında qarşıdurma olub
# 04 mart 2010 23:51 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmilərinin bildirdiyinə görə, dünən Əfqanıstanla sərhəd yaxınlığındakı Mohmand bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən 30-a yaxın yaraqlı öldürülüb. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, rəsmilər qarşıdurmanın yaraqlıların bölgədəki yoxlanış məntəqəsinə hücumundan sonra başladığını, bir əsgərin öldüyünü 4-nün yaralandığını bildiriblər.

Mohmand bu yaxınlarda Pakistan ordusunun Taliban və Əl-Qaidə yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirdikləri qəbilələrin yaşadığı Bacaur bölgəsi ilə qonşuluqdadır. Birləşmiş Ştatlar Əfqanıstanla sərhəd bölgələrində yaraqlılarla mübarizədə Pakistan hökumətinə dəstək verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR