Bank Of Baku

Parlament seçkiləri ərəfəsində İraqda hücumlar artıb

Parlament seçkiləri ərəfəsində İraqda hücumlar artıb
# 05 mart 2010 00:28 (UTC +04:00)
Bakı-APA. Dünən İraqda parlament seçkiləri ərəfəsində həyata keçirilən silsilə hücumlar yarısı əsgər olmaqla, azı 14 nəfərin ölümünə səbəb olub. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, 2 ayrı-ayrı səsvermə məntəqələri yaxınlığında baş verən intiharçı hücumları nəticəsində 7 əsgər ölüb, 25 nəfər yaralanıb. Bundan başqa, yenə də səsvermə məntəqəsi yaxınlığında yol kənarına yerləşdirilmiş bombanın partladılması ya da raket hücumu olduğu guman edilən hücum zamanı 7 nəfərin öldüyü bildirilir.

Bazar günü keçiriləcək seçkilərdə iştirak edə bilməyənlər - əsgərlər, dustaqlar və xəstələrın səs vermələri üçün artıq dünən seçki məntəqələri açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR