Bank Of Baku

İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 05 mart 2010 08:46 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İtaliyada 2 iranlının həbs edilməsinə görə bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-in sözçüsü Ramin Mehmanpərəst bildirib. O, həmvətənlərinin İtaliyada həbs edilməsinin sadə məsələ olmadığını, rəsmi Tehranın bu məsələ ilə bağlı ciddi mövqe nümayiş etdirəcəyini deyib.

R. Mehmanpərəst iranlı jurnalist Məsuminejad və digər bir iranlının İtaliyada həbsini yeni oyun hesab etdiyini bildirib.

Diplomat bu məsələ ilə bağlı İtaliya səfirinə ciddi xəbərdarlıq və etiraz bildirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR