Bank Of Baku

İranın baş prokuroru: ““Cundullah”ın lideri xalqın gözü qarşısında edam olunacaq”

İranın baş prokuroru: ““Cundullah”ın lideri xalqın gözü qarşısında edam olunacaq”
# 05 mart 2010 15:36 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Əbdülməlik Rigi xalqın istəyi ilə insanların gözü qarşısında cəzalandırılacaq”. APA-nın “İrna”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın baş prokuroru Qulamhüseyn Möhsini Ejeyi deyib. O bildirib ki, Ə. Rigi və onun başçılıq etdiyi dəstə ölkənin şərqində İranın düşmənlərinin dəstəyi ilə çoxlu cinayətlər törədərək günahsız insanlara qarşı terror törədib: “Onun haqqında başlanan cinayət işi davam edir və daha dəqiq məlumatlar əldə olunmaqdadır. Rigini həbs etməklə onu himayə edən ABŞ, İsrail və digər guya ki, terrorizmlə mübarizə aparan dövlətlərin iç üzü aydın oldu. Rigini həbs etmək bizim qələbəmizdir. Bu cinayətkar gərək hər kəsin gözü qarşısında cəzalandırılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR