Bank Of Baku

Mahmud Abbas Yerusəlimdə baş vermiş iğtişaşlarda İsraili günahlandırıb

Mahmud Abbas Yerusəlimdə baş vermiş iğtişaşlarda İsraili günahlandırıb
# 05 mart 2010 18:06 (UTC +04:00)
Bakı-APA. Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas İsrail polisinin Yerusəlimdəki hərəkətlərini pisləyib. APA-nın izrus.co.il saytına istinadən verdiyi xəbərə görə, M.Abbasın dəftərxanasının yaydığı bəyanatda «Fələstin Prezidentinin Yerusəlimdə baş verənlər barədə məlumatlı olduğu və ABŞ administrasiyasını regionda dinlərarası müharibəyə gətirib çıxara biləcək avantüraya son qoymağa çağırdığı» bildirilir.

M.Abbas həmçinin beynəlxalq ictimaiyyəti «məsuliyyət nümayiş etdirərək ümumilikdə dünyada sülh və əmin-amanlıq üçün ciddi nəticələr gətirə bilən səhv addımların qarşısını almağa» çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR