Bank Of Baku

«Əl-Qaidə» iraqlıları parlament seçkilərində iştirakdan çəkinməyə çağırıb

«Əl-Qaidə» iraqlıları parlament seçkilərində iştirakdan çəkinməyə çağırıb
# 06 mart 2010 02:51 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terrorçu təşkilatının İraq qanadı cümə günü bütün ölkə ərazisində martın 7-də «komendant saatının» tətbiq olunacağını elan edərək ölkə əhalisini keçiriləcək parlament seçkilərində iştirakdan çəkinməyə çağırıb.

APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın İnternet səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

Məlumatda deyilir ki, «komendant saatı» yerli vaxtla saat 06:00-dan 18:00-dək, xüsusilə də sünnilərin yaşadığı rayonlarda tətbiq qüvvədə olunacaq.

Bəyanatda deyilir ki, qadağanı pozan hər bir şəxs «Allahın qəzəbinə gələcək», sonra isə «mücahidlərin bütün növ silahlarının təsirini hiss edəcək».

Qruplaşma bu bəyanatı cümə namazı vaxtı dini liderlərin ölkə əhalisini seçkilərdə fəal iştirak etməyə və bununla da müharibənin parça-parça etdiyi ölkədə demokratik dəyərləri müdafiə etmək çağırışından sonra yayıb.

Qeyd edək ki, Səddam Hüseyn rejiminin süqutundan sonra ölkədə 2005-ci ildə ilk dəfə keçirilmiş parlament seçkiləri sünni azlıqlar tərəfindən boykot edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR