Bank Of Baku

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 06 mart 2010 08:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Tehran və Ankara bir çox məsələdə lazımi və faydalı nəticələr əldə edib”. APA-nın “Tabnak”a istinadən verdiyi məlumata görə, bu sözləri telefon danışığı zamanı İran prezidenti Mahmud Əhmədinejad Türkiyə prezidenti Abdullah Gülə deyib. M. Əhmədinejad bildirib ki, ikitərəfli və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi regionda sülh və sabitliyin təminatına imkan verir. “Bu, Türkiyə və İran xalqlarının xeyrinədir” deyən M. Əhmədinejad bildirib ki, İran həmişə türkiyəli qardaşlarının hüququnu müdafiə edəcək: “Hazırda dünyada İran və Türkiyənin əleyhinə baş verən dəyişikliklər hər iki ölkənin xeyrinədir. Biz bu fürsətdən istifadə edərək, dünyada ədalətin hakim olmasına çalışmalıyıq”.

İran prezidenti deyib, hazırda Türkiyə dövləti və milləti düz yoldadır, heç bir amil onlara mane ola bilməz.

Öz növbəsində, A. Gül Türkiyənin İranla qədim və möhkəm əlaqələrinin olduğunu deyib: “Biz iki ölkənin hazırkı münasibətlərini də yüksək qiymətləndiririk və İranla əlaqələrin daha da güclənməsinin tərəfdarıyıq”.

A. Gül İranla regional və beynəlxalq məsələlərin, habelə mövcud problemlərin həllinin birgə müzakirəsini zəruri hesab etdiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR