Bank Of Baku

Mirhüseyn Musəvinin xanımı dünya qadınlarını 8 Mart münasibətilə təbrik edib

Mirhüseyn Musəvinin xanımı dünya qadınlarını 8 Mart münasibətilə təbrik edib
# 06 mart 2010 11:22 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin həyat yoldaşı, doktor Zəhra Rəhnəvərd 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün dünya qadınlarını təbrik edib. APA-nın “Kaleme” saytına istinadən verdiyi məlumata görə, xanım Rəhnəvərd bildirib ki, qadınlar bütün dövrlərdə zəhmətkeş olublar, lakin onların hüquqları heç vaxt tam tanınmayıb: “Qadınlar istənilən ağır dövrlərdə kişilərlə bərabər mübarizə meydanına atılaraq şərəflə xidmət göstəriblər. Bizim təqvimimiz analar günü ilə doludur. Lakin 8 Mart biz qadınlar üçün bütün dünyada söz demək fürsətidir”.

O, bütün insanları qadınlara qarşı ədalətli olmağa və onların hüquqlarını tanımağa çağırıb: “Arzu edirəm ki, bütün qadınlar həmişə mübariz və azad fikirli olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR