Bank Of Baku

İran müxalifət liderlərindən birinin oğlu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

İran müxalifət liderlərindən birinin oğlu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb
# 06 mart 2010 11:43 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran prezidentliyinə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi İranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. APA-nın Mehdi Kərrubinin baş katibi olduğu “Milli Etimad” Partiyasının “Etimadmelli” saytına istinadən məlumatına görə, Məhəmmədtağı Kərrubi təhsil məsələsi ilə əlaqədar olaraq Böyük Britaniyaya gedirmiş. Hava limanında saxlanılan zaman onun ümumvətəndaşlıq pasportu əlindən alınıb.

Qeyd edək ki, Mehdi Kərrubinin digər oğlu Hüseyn Kərrubinin də ölkədən çıxmasına icazə verilməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR