Bank Of Baku

Məhəmməd Hatəminin İranı tərk etməsinə qadağa qoyulub

Məhəmməd Hatəminin İranı tərk etməsinə qadağa qoyulub
# 09 mart 2010 14:42 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. İranın keçmiş prezidenti Məhəmməd Hatəminin ölkədən çıxmasına qadağa qoyulub. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran kəşfiyyatındakı mənbə bildirib. O deyib ki, Hatəmi İranı tərk etməyi planlaşdırırmış. Lakin sabiq prezidentin hara getmək istədiyi və qoyulan qadağanın səbəbi bəlli deyil.

Qeyd edək ki, M. Hatəmi 1997-2005-ci illərdə İranın prezidenti olub. O, ötən il keçirilən prezidenti seçkilərində Mirhüseyn Musəvini dəstəkləyib. Hatəmi seçkilərdən sonra keçirilən kütləvi etiraz aksiyalarında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR