Bank Of Baku

Bayden: İsrail və ABŞ arasında təhlükəsizlik məsələlərində fikir ayrılığı yoxdur

Bayden: İsrail və ABŞ arasında təhlükəsizlik məsələlərində fikir ayrılığı yoxdur
# 10 mart 2010 02:24 (UTC +04:00)
Bakı-APA. ABŞ vitse-prezidenti Co Bayden Amerika administrasiyasının İsrailin təhlükəsizliyini təmin etmək kursuna sadiq olduğunu bəyan edib. APA-nın məlumatına görə, Co Bayden İranın nüvə silahını əldə etməsinə yol verməyəcəklərinə söz verib.

«İsrailin təhlükəsizliyi məsələsində ABŞ və İsrail arasında fikir ayrılığı yoxdur. Bu və digər səbəblərdən İran nüvə probleminin həlli bizim administrasiyamızın prioritetlərindən biri olaraq qalır», deyə vitse-prezident Qüdsdə İsrail baş naziri Binyamin Netanyahu ilə keçirdiyi danışıqlardan sonra bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR