Bank Of Baku

İranda 11 ay ərzində 50 ton narkotik maddə aşkar edilərək götürülüb

İranda 11 ay ərzində 50 ton narkotik maddə aşkar edilərək götürülüb
# 10 mart 2010 08:25 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Bu ilin 11 ayı ərzində İran sərhəd polisi tərəfindən 50 ton narkotik maddə aşkar edilərək götürülüb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, İranın sərhəd polisinin rəis müavini Rəhimi Xorşidvənd bildirib ki sərhəd polisinin səyi nəticəsində 50 ton narkotikdən əlavə, qaçaqmalçılardan 10 milyon litr müxtəlif növ yanacaq aşkar edilərək götürülüb.

R. Xorşidvənd prezident seçkiləri və Aşura günü ərəfəsində Sistan və Bəlucistan əyalətində, Pakistanla sərhəddə çoxlu silah-sursat tapıldığını söyləyib. Onun sözlərinə görə, bu silahların müxtəlif yollarla Tehrana gətirilməsi və aksiya iştirakçılarına verilməsi nəzərdə tutulurmuş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR