Bank Of Baku

Tehranda həyat yoldaşını döyərək öldürən şəxs edam cəzasına məhkum edilib

Tehranda həyat yoldaşını döyərək öldürən şəxs edam cəzasına məhkum edilib
# 10 mart 2010 11:33 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehranda həyat yoldaşını döyərək öldürən şəxs edam cəzasına məhkum edilib. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə,
Tehran şəhər 113 saylı İnqilab Məhkəməsinin baş hakimi Məhəmmədsoltan Himmətyar müttəhim Nadir Abdullahinin cinayətinin sübuta yetirildiyini və bununla bağlı onun barəsində edam hökmü çıxarıldığını elan edib.

Qeyd edək ki, bir müddət öncə Tehran küçələrinin birində cavan qadın cəsədi tapılıb və onun qətlə yetirildiyi məlum olub. Cəsəd tibbi ekspertizada yoxlanıldıqdan sonra onun şəxsiyyəti dəqiqləşdirilib və döyülərək öldürülməsi məlum olub. Axtarışlar zamanı öldürülən Şima Abdullahinin həyat yoldaşı Nadir Abdullahi şübhəli şəxs qismində saxlanılıb. O cinayəti törətdiyini və 11 saat ərzində həyat yoldaşını döyərək işgəncə ilə öldürdüyünü, sonra isə meyitini aparıb şəhərin küçələrinin birinə atdığını etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR