Bank Of Baku

İran Milli Bankına silahlı basqın olub - FOTO

İran Milli Bankına silahlı basqın olub - <font color=red>FOTO</font>
# 10 mart 2010 14:46 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran Milli Bankına silahlı basqın olub. APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, Tehranın polis rəisi Əlirza Əkbər Haşimi bu gün səhər saatlarında Milli Banka silahlı basqın edən iki şəxsin 3 milyon dollar məbləğində pul oğurladığını bildirib. Basqınla bağlı polisə məlumat daxil olan kimi dərhal əməliyyat tədbirləri keçirilib. Polis soyğunçuların izinə düşsə də, onlar asanlıqla təslim olmayıblar. Polislə basqınçılar arasında silahlı toqquşma baş verib, son nəticədə basqınçılar zərərsizləşdirilib. 27 yaşlı Məhərrəməli Bilali və 30 yaşlı Davud Rəhiminin üzərindən 2 tapança və bankdan oğurlanmış 3 milyon dollar aşkar edilərək götürülüb. Atışma zamanı bir neçə polis əməkdaşının yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR