Bank Of Baku

İraqda parlament seçkilərinin ilkin nəticələrinin cümə axşamı açıqlanacağı gözlənilir

İraqda parlament seçkilərinin ilkin nəticələrinin cümə axşamı açıqlanacağı gözlənilir
# 11 mart 2010 04:15 (UTC +04:00)
Bakı-APA. İraqın mərkəzi seçki komissiyası parlament seçkilərinin ilkin nəticələrini cümə axşamı günü açıqlamağı planlaşdırırlar. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin İraq üzrə xüsusi nümayəndə Ad Malkert deyib Bağdadda mətbuat konfransı zamanı verib.

Malkertin sözlərinə görə, komissiya ona təqdim edilən informasiyaya əsasən ilkin nəticələri açıqlaya bilər.

Seçki rəsmiləri bazar günü keçirilmiş parlament seçkilərinin Bağdad və bəzi vilayətlərdə ilkin nəticələrini bu həftənin əvvəlində açıqlamağı planlaşdırmışdılar. 325 yerlik parlamentdə yerlərin beşdə biri Bağdadın payına düşdüyü üçün paytaxt üzrə nəticələr olduqca mühüm hesab edilir.

Bu arada, İraqın Məsuliyyət və Ədalət komissiyası 55 namizəd üçün səsləri ləğv etdiyini bildirib. Komissiyada şiə liderləri namizədlərin İraqın keçmiş lideri Səddam Hüseynin fəaliyyəti qadağan olmuş Bəəs partiyası ilə əlaqəsi olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR