Bank Of Baku

İranın Gilan əyalətində 1 ton narkotik maddə aşkarlanaraq götürülüb

İranın Gilan əyalətində 1 ton narkotik maddə aşkarlanaraq götürülüb
# 11 mart 2010 15:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Gilan əyalətinin Rəşt şəhərində qaçaqmalçılardan 1 ton narkotik maddə aşkar olunaraq götürülüb. APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, 6 nəfərdən ibarət olan dəstə polisə müqavimət göstərmək istəsə də, bu cəhd alınmayıb. Polis qaçaqmalçıları həbs edib. Polisdən bildirilib ki, qaçaqmalçılar narkotik maddəni İranın cənub şəhərlərindən satış məqsədilə şimala aparıblar.

Qeyd edək İranın cənubundan şimal istiqamətinə gətirilən narkotik maddələr gizli yollarla Azərbaycana da keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR