Bank Of Baku

İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində güclü zəlzələ baş verib
# 14 mart 2010 05:01 (UTC +04:00)
Bakı-APA. İndoneziyanın Molukka adaları sahillərində 6,4 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Yeraltı təkanların episentri İndoneziyanın Molukka əyalətinin inzibati mərkəzi olan Ambon şəhərindən 220 kilometr şimalda qeydə alınıb.

Ekspertlərin sözlərinə görə, sunami yaranması təhlükəsi yoxdur. Tələfat və dağıntı barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR