Bank Of Baku

Tehran prokurorluğu “Etimad” qəzeti haqqında araşdırmalara başlayıb

Tehran prokurorluğu “Etimad” qəzeti haqqında araşdırmalara başlayıb
# 15 mart 2010 12:11 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərfindən yayımı dayandırılan “Etimad” qəzetinin haqqında araşdırma başlanıb. APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi jurnalistlərə açıqlamasında bildirib ki, “Etimad” qəzetinin haqqında araşdırmalar davam edir. O tədqiqatçı alim Yəhya Kiyan Tacbəxşinin girov müqabilində 15 gün müddətinə azadlığa buraxılıb.
Qeyd edək tədqiqatçı alim Yəhya Kiyan Tacbəxşi İranda prezident seçkilərindən sonra həbs edililərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətindən sonra onun cəzası 5 ilə endirilib.
Yəhya Kiyan Tacbəxşi dövlətçilik əleyhinə təxribatda, xarici qüvvələrlə əlaqə yaratmaqda eləcə də Soros Fondunun İrandakı nümyəndəliyinə rəhbərlik təklifini qəbul etməkdə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR