Bank Of Baku

Usamə Bin Ladenin oğlu İran rəsmilərini ittiham edir

Usamə Bin Ladenin oğlu İran rəsmilərini ittiham edir
# 16 mart 2010 00:27 (UTC +04:00)
Bakı-APA. Əl-Qaidə lideri Usamə Bin Ladenin oğlu Xalid Bin Laden İran rəsmilərini Bin Laden ailəsinin üzvlərini həbs etməkdə və döyməkdə ittiham edir. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə İnternetdə yerləşdirilmiş məktubda deyilir.

Xalid Bin Ladenin yazdığı deyilən məktub bu gün İnternetdə Əl-Qaidə ilə əlaqəsi olan Global İslam Media Cəbhəsinə məxsus səhifədə dərc edilib.

Əl-Qaidə liderinin oğlunun məktubunda 2001-ci ildə Birləşmiş Ştatlar ordusunun Əfqanıstana daxil olmasından sonra qadın və uşaqlar da daxil olmaqla, onun ailə üzvlərinin oradan qaçmalı olduqları və İrana qeyri-rəsmi daxil olduqları bildirilir.

Məktubda deyilir ki, onlar İranın kəşfiyyat nümayəndələri tərəfindən dəfələrlə nəzarət altına alınmışlar. Onlar ölkəni tərk etmək istəyəndə isə buna döyülməklə cavab verilmişdir.

Xalid Bin Laden İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneiyə müraciət edərək, qohumlarının azadlığa buraxılmasına çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR