Bank Of Baku

Zəncanda “Əmir Kəbir” bazarına silahlı basqın olub

Zəncanda “Əmir Kəbir” bazarına silahlı basqın olub
# 16 mart 2010 09:41 (UTC +04:00)
Bakı Süleyman Fərzəliyev-APA. Zəncanda fəaliyyət göstərən “Əmir Kəbir” bazarına silahlı basqın olub. APA-nın məlumatına görə, bir qrup silahlı şəxs azərbaycanlılar yaşayan Zəncan bazarına qarət məqsədi ilə basqın edib. Hadisə zamanı ən azı 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Silahlılar bazarın qızıl mağazalarına hücum edərək oradan qızıl əşyaları oğurlayaraq qaçıblar. Ölənlərin mülki şəxslər olduğu bildirilir. Bazarda işləyənlər mağazaları bağlayaraq polisin bu məsələyə aydınlıq gətirməsini istəyiblər. Onlar polisi bazarın təhlükəsizliyini tam qorumamaqda günahlandırıblar. Hazırda əhali bazarın qarşısında toplaşaraq hüquqlarının bərpasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR