Bank Of Baku

Rəsmi Tehran Böyük Britaniya ilə təhsil sahəsində əlaqələri dayandıracağını açıqlayıb

Rəsmi Tehran Böyük Britaniya ilə təhsil sahəsində əlaqələri dayandıracağını açıqlayıb
# 16 mart 2010 10:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Hazırda İran və Böyük Britaniya əlaqələrinin azalması məsələlərinə baxılır və bu barədə məsələlər araşdırılır”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. O bildirib ki, hazırda İran və Böyük Britaniya arasında münasibətlərin aşağı səviyyəyə endirilməsi məsələsi araşdırılır: “Əlaqələrin azalması əsasən təhsil sahəsində əməkdaşlıqla əlaqədardır. Təhsil sahəsində əməkdaşlıq səviyyəsinin aşağı endirilməsinə tezliklə əməl olunacaq”.

Diplomat dövlət məmurlarının və imkanlı şəxslərin 300-ə yaxın övladının Böyük Britaniyada təhsil alması məsələsinə də aydınlıq gətirib: “Biz onların digər ölkələrdə təhsil almaqlarına etiraz etmirik. Sadəcə xarici qüvvələr onların bəzilərindən İranın əleyhinə istifadə etməyə çalışırlar və İranın daxili işlərinə müdaxilə edirlər ki, bu da xoşagəlməz haldır. Hər halda İran öz vətəndaşlarının hüquqlarını daha yaxşı qorumağı bacarır. Böyük Britaniya bəzi məmurların övladlarının bu ölkədə təhsil almasından istifadə edərək ümumi fikri dəyişmək və ya İran cəmiyətinə təsir göstərmək istəyir. Biz buna imkan verməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR