Bank Of Baku

Birləşmiş Ştatların pilotsuz təyyarəsi Şimali Vəziristan bölgəsinə daha bir hücum edib

Birləşmiş Ştatların pilotsuz təyyarəsi Şimali Vəziristan bölgəsinə daha bir hücum edib
# 17 mart 2010 01:47 (UTC +04:00)
Bakı-APA. Pakistan rəsmiləri Birləşmiş Ştatların pilotsuz təyyarəsinin Şimali Vəziristan bölgəsinə etdiyi hücum nəticəsində azı 9 nəfərin öldüyünü bildiriblər. Rəsmilər hərbi təyyarənin Şimali Vəziristanın Miranşah şəhərindən 30 km qərbdə, yaraqlıların Datta Xil məntəqəsindəki iqamətgahını hədəf aldğını deyirlər. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar heç bir məlumat vermədən, vaxtaşırı Əl-Qaidə və Taliban yaralıqlarının nəzarəti altındakı bölgələrə qarşı hücumlar həyata keçirirlər.

Keçən həftə Pakistanın kəşfiyyat rəsmiləri ABŞ-a məxsus olduğundan şübhələnilən iki pilotsuz təyyarənin Şimali Vəziristanın Mizarxel kəndinə etdiyi hücumu zamanı 12 nəfərin həlak olduğunu bildirmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR