Bank Of Baku

Mahmud Əhmədinejad İKT baş katibinin müavinlərindən birinin qadın olmasını təklif edib

Mahmud Əhmədinejad İKT baş katibinin müavinlərindən birinin qadın olmasını təklif edib
# 17 mart 2010 09:04 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının baş katibinin müavinlərindən birinin qadın olmasını təklif edib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad Ekmaləddin İhsanoğluna ünvanladığı məktubda bildirib ki, islam dini qadına böyük əhəmiyyət verir və onun məqamını yüksək dəyərləndirir. O bildirib ki, İKT-nin dünyada mühüm rolu var və özündə böyük bir islam aləmini birləşdirir. “İslam ümmətinin yarısı qadınlardır. Mən təklif edirəm ki, islam dünyası qadınlarının vəziyətini nəzərə alaraq, müavin postuna bacarıqlı bir qadın təyin edəsiniz. Bu, İslam Konfransı Təşkilatının bütün işlərinə, o cümlədən islam dünyası qadınlarının bu təşkilata daha da yaxınlaşmasına səbəb olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR