Bank Of Baku

İranın Rey şəhərində 75 nəfər həbs edilib

İranın Rey şəhərində 75 nəfər həbs edilib
# 17 mart 2010 09:13 (UTC +04:00)
Bakı.Süleyman Fərzəliyev-APA. İranın Rey şəhərində ilaxır çərşənbədə ümumi əmlaka ziyan vuran və asayişi pozmaqda ittiham olunan 75 nəfər həbs edilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Rey şəhərinin polis rəisi Nemətullah Təbatəbai bildirib ki, saxlanan şəxslər şəhərdə yanğınlar törətməkdə və partlayıcı maddələr vasitəsi ilə ümumi əmlaka qəsdən ziyan vurmaqda, həmçinin ictimai asayişi pozmaqda ittiham olunublar. Hazırda həbs edilənlərlə bağlı sənədlər şəhər prokurorluğuna göndərilib. N. Təbatəbai bildirib ki, polis həmişə asayişin keşiyindədir və baş verən hər hansı bir hadisənin qarşısını almağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR