Bank Of Baku

Qırğızıstanda etiraz aksiyası keçirilib

Qırğızıstanda etiraz aksiyası keçirilib
# 17 mart 2010 22:48 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan paytaxtı Bişkekdə hökumətin qanun pozuntularına və bərbad iqtisadi duruma qarşı etiraz aksiyası keçirilib.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, çərşənbə günü keçirilən etiraz aksiyasında müxalifət lideri Omurbek Tekebayev nümayişçilərə deyib ki, onlar hakimiyyəti öz əllərinə almalıdırlar.

Şikayətlər sırasında prezident Kurmanbek Bakiyevə tənqidi münasibət bəsləyən media orqanlarına çıxışın məhdudlaşdırılması yer alıb.

İnsan haqları müdafiəçiləri deyirlər ki, qırğız vətəndaşlar Qırğızıstan dövlət müşavirinə qarşı qaldırılmış cinayət işindən bəhs edən Rusiya xəbər veb-saytlarına daxil ola bilmirlər. Azadlıq Radiosunun qırğız xidmətinin verilişlərinə çıxış da məhdudlaşdırılıb.

Rəsmi Bişkək xəbər təşkilatlarına məhdudiyyət qoyduğunu inkar edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR