Bank Of Baku

Yəməndə şiə yaraqlılar 178 girovu geri qaytarıb

Yəməndə şiə yaraqlılar 178 girovu geri qaytarıb
# 18 mart 2010 04:12 (UTC +04:00)
Bakı-APA. Yəmən rəsmilərinin bildirdiyinə görə, hökumətlə atəşkəs razılaşmasının bir hissəsi kimi ölkənin şimalındakı şiə yaraqlılar 178 əsgər və mülki vətəndaşı sərbəst buraxıb. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, tərəflər arasında vasitəçilik edən rəsmilər deyir ki, şiə Zəidi təriqətinə məxsus yaraqlılar ələ keçirdikləri girovları bu gün Yəmənin Səada vilayətində geri qaytarıblar.

Onların sözlərinə görə, hüquq-mühafizəçiləri azad edilmiş əsgərləri və mülki vətəndaşları paytaxt Sənaya sabah gətirəcəklər.

Girovların azad edilməsi Yəmən hökumətinin yaraqlıları fevral ayında atəşkəs razılığını pozmaqda ittiham etməsindən bir gün sonraya təsadüf edir.

Səna bildirir ki, yaraqlıları geri çəkildikləri bəzi strateji ərazilərə yenidən daxil olublar, yeni məntəqələr yaradıb və minaların təhvil verməkdən boyun qaçırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR