Bank Of Baku

İranın Fars əyalətinin cinayət-axtarış idarəsinin rəisi öldürülüb

İranın Fars əyalətinin cinayət-axtarış idarəsinin rəisi öldürülüb
# 18 mart 2010 11:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Fars əyalətinin cinayət-axtarış idarəsinin rəisi Əbdülrəsul Qurbani öldürülüb. APA-nın “Mehr”ə istinadən xəbərinə görə, bu barədə Fars əyalətinin polis rəisi Əli Muidi məlumat verib. O deyib ki, Ə. Qurbani bu gün bir dəstə tərəfindən girov götürülmüş 9 yaşında uşağı azad edərkən qarşı tərəfdən açılan atəş nəticəsində həlak olub. Dəstənin bir üzvü həbs edilib. Polis rəisi dəstənin digər üzvlərinin axtarışlarına başlandığını, tezliklə onların da həbs ediləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR