Bank Of Baku

İranın Sistan və Bəluçistan əyalətində polis və “Cundullah” üzvləri arasında qarşıdurma olub

İranın Sistan və Bəluçistan əyalətində polis və “Cundullah” üzvləri arasında qarşıdurma olub
# 18 mart 2010 12:08 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran polisi ilə Pakistanla həmsərhəd olan Sistan və Bəluçestan əyalətində “Cundullah” terror dəstəsinin üzvlər arasında atışma olub. APA-nın “Mehr”ə istinadən xəbərinə görə, “Cundullah” terror qruplaşmasının üzvləri Pakistandan İrana keçdikdən sonra İranın Bəluçistan əyalətində İran polisi ilə üzləşiblər. Atışma zamanı qruplaşmanın üzvlərindən bir neçəsi öldürülüb. Qarşıdurma zamanı qruplaşmanın koordinatoru, qərargahı Pakistanda yerləşən “Cunduşşeytan” qruplaşmasının üzvü Bərkət Zamrani də həlak olub.
Məlumatda bildirilir ki, dəstə üzvləri bu qruplaşmanın rəhbəri Əbdülməlik Riginin İranda həbsindən hiddətlənərək çoxlu silah-sursatla İrana terror aktları törətməyə gəlirmişlər. İran polisi tərəfindən dəstə üzvlərindən çoxlu sayda “JEP”markalı maşınlar, əl qumbaraları və digər silah-sursat götürülüb. Dəstənin digər üzvləri geri çəkilərək qaçıblar. İran polisinin əməkdaşlarının həlak olması barədə xəbər yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR