Bank Of Baku

Şimali Koreyanın yüksək rütbəli rəsmisi edam edilib

Şimali Koreyanın yüksək rütbəli rəsmisi edam edilib
# 19 mart 2010 03:01 (UTC +04:00)
Bakı-APA. Kommunist Şimali Koreyada yanvarın 1-də başlayan «pul islahatı» gözlənilən «yaxşılaşmaya» səbəb olmadığı üçün iqtidardakı Kommunist Partiyasının Maliyyə və Planlaşdırmadan üzrə məsul şəxsi Pak Nam Ki güllələnərək edam edilib.

APA-nın məlumatına görə, 77 yaşlı Pak Nam Ki «xarici bazara bağlı ticarət» və «embarqo» səbəbindən çətin günlər keçirən ölkə iqtisadiyyatını xilas etmək üçün vəzifəyə gətirilmişdi. İlin əvvəlində başlayan «pul islahatı» ilə devalvasiya həyata keçirilmiş, pul əsginasları 100-ə 1 nisbətində dəyişilmişdi. Lakin bunun ardınca inflyasiya başlamış, xalq arasında narazılıqlar artmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR