Bank Of Baku

İranda 2 avtomobil toqquşub, 8 nəfər ölüb

İranda 2 avtomobil toqquşub, 8 nəfər ölüb
# 19 mart 2010 08:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda, Qum-İsfahan yolunda iki minik avtomobili toqquşub. APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, hadisə martın 19-da səhər saatlarında baş verib. İran istehsalı olan “Peykan” və “Səmənd” avtomobilləri çox sürətlə hərəkət etdiklərindən sürücülər idarəetməni itiriblər. Avtomobillərin toqquşması nəticəsində hər iki maşındakı 8 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR