Bank Of Baku

ABŞ Pakistana pilotsuz təyyarələr satacaq

ABŞ Pakistana pilotsuz təyyarələr satacaq
# 30 mart 2010 02:52 (UTC +04:00)
Bakı-APA. ABŞ cari il ərzində Pakistana bir sıra pilotsuz uçuş aparatları satmaq niyyətindədir. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərlə söhbətində Pentaqon rəsmisi bildirib.

Onun sözlərinə görə, hazırda Pakistan daha çox hansı növ pilotsuz aparatlara ehtiyac olduğunu müəyyənləşdirir.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Robert Qeyts cari ilin yanvar ayında İslamabada 12 ədəd "Şedou" tipli pilotsuz aparatlar satılacağını bildirib.

Bunlarla yanaşı Pakistan ABŞ-ın Taliban və Əl-Qaidə-yə qarşı elə bu ölkənin ərazisində mübarizədə istifadə etdiyi silahlarla təchiz olunmuş pilotsuz aparatları da almaq niyyətindədir.

Lakin Pentaqon rəsmisi bununla bağlı sualı cavablandırarkən bildirib ki, qeyd olunan pilotsuz aparatların Pakistana satılması "ABŞ əsas siyasət xəttinə uyğun deyil".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR