Bank Of Baku

Rəsmi Tehran Ərəb Ölkələri Liqasını İranın daxili işlərinə qarışmaqda ittiham edib - FOTO

Rəsmi Tehran Ərəb Ölkələri Liqasını İranın daxili işlərinə qarışmaqda ittiham edib - <font color=red>FOTO</font>
# 30 mart 2010 09:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Ərəb Ölkələri Liqasının Liviyada keçirilən iclasında İrana məxsus adalar barədə iddia ölkəmizin daxili işlərinə qarışmaqdır”. APA-nın “Mehr”ə istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəst deyib. O bildirib ki, Fars körfəzində olan Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları tarix boyu İranın ayrılmaz hissəsi olub: “İddialar İran hakimiyyətinə heç bir təsir göstərə bilməz. Ərəb ölkələrinin bu iddiaları İranın daxili işlərinə qarışmaq və dəxalət etməkdir”.

Qeyd edək ki, İran hökuməti Fars körfəzində yerləşən Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarının ona məxsus olduğunu bildirir. Hazırda bu adalar İran dövlətinin yurisdiksiyasındadır. Birləşmiş Ərəb Əmirlikləri isə bu adaların onlara aid olduğunu iddia edir. Artıq son illər bu məsələ Ərəb Ölkələri Liqasının iclaslarında əsasən Ərəbistan və Misr tərəfindən dahada qabarıq şəkildə qaldırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR