Bank Of Baku

Robert Bleyk: ABŞ Qırğızıstanda yeni hərbi baza tikmək niyyətində deyil

Robert Bleyk: ABŞ Qırğızıstanda yeni hərbi baza tikmək niyyətində deyil
# 02 aprel 2010 03:44 (UTC +04:00)
Bakı-APA. ABŞ Qırğızıstanda yeni hərbi baza tikmək və ümumiyyətlə Orta Asiya respublikalarında hərbi qüvvələrini uzun müddət saxlamaq niyyətində deyil.
APA-nın newsru.com saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin Cənubi və Orta Asiya üzrə köməkçisi Robert Bleyk jurnalistlər söhbətində bildirib.

"Biz Qırğızıstanla və bir sıra digər Mərkəzi Asiya ölkələri ilə terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq edirik. Lakin bizim Mərkəzi Asiyanın hər hansı hissəsində uzunmüddətli hərbi bazalar tikmək niyyətimiz yoxdur", - deyə diplomat bildirib.

Qeyd edək ki, ötən ay ABŞ hökuməti Qırcızıstanın xahişi ilə Batkendə antiterror təlim mərkəzinin tikintisinə 5,5 milyon dollar vəsait ayrıldığını elan edib.

Xatırladaq ki, 2001-ci ilin dekabr ayından Qırğızıstan ərazisində ABŞ hərbi hava qüvvələrinin bazası fəaliyyət göstərir. Ötən ilin yayından Tranzit daşımalar Mərkəzi adlandırılan bazanın əsas vəzifəsi Əfqanıstan ərazisində antiterror əməliyyatı həyata keçirən koalisiya qüvvələrinə dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR