Bank Of Baku

İran yol polisi avtomobillərdə yaşıl əlamətlərin olmasına qadağa qoyub

İran yol polisi avtomobillərdə yaşıl əlamətlərin olmasına qadağa qoyub
# 02 aprel 2010 12:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranda üzərində Novruz bayramının əlaməti olan səməni və digər yaşıl əlamətlər olan avtomobillərin sahibləri cərimə ediləcək. APA-nın “Borna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Yol Polisinin rəhbəri Səid İsmaili bildirib.

S. İsmaili deyib ki, ictimai yerlərdə də yaşıl əlamətlərdən istifadə etmək qadağandır.

Yaşıl əlamətlərdən və səmənilərdən yalnız xüsusi yerlərdə və avtomobillərin içərisində istifadə etməyə icazə verildiyini qeyd edən S. İsmaili vətəndaşları tətil günlərində qanunlara riayət etməyə çağırıb.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyir.

Xatırladaq ki, yaşıl rəng prezident seçkilərində İranın müxalifət liderlərindən olan Mirhüseyn Musəvinin seçki kampaniyasının rəmzi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR