Bank Of Baku

Təbrizdə dövlət məmuru şəhər sakinini qətlə yetirib

Təbrizdə dövlət məmuru şəhər sakinini qətlə yetirib
# 02 aprel 2010 16:14 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Təbriz şəhər bələdiyyəsinin məmuru tərəfindən gənc şəhər sakini qətlə yetirilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Təbrizdə icazəsiz yerdə qanunsuz tikinti işləri həyata keçirən bir şəxs şəhər bələdiyyəsinin məmuru ilə sözləşib. Nəticədə məmur cavana hücum edərək onu qətlə yetirib. Təbriz şəhər 13 saylı polis idarəsinin işçiləri təcili olaraq hadisə yerinə ezam ediliblər. Polis rəisi mayor Sadiq Bağmeşə bildirib ki, dövlət məmuru tikinti ilə məşğul olan şəhər sakininə tikintini dayandırmaq barədə göstəriş versə də, o, bu göstərişə məhəl qoymayıb. Bundan qəzəblənən məmur bıçaqla cavanın üstünə hücum edərək ona çoxsaylı xəsarətlər yetirib. Şəhər sakini xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan şəhər bələdiyyə məmuru polis tərəfindən həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR