Bank Of Baku

Hücuma məruz qalsa, İran İsraili vuracaq

Hücuma məruz qalsa, İran İsraili vuracaq
# 07 aprel 2010 00:28 (UTC +04:00)
Bakı-APA. Yəhudi dövləti və ya onun müttəfiqləri İrana hücum etsə, Tehran Tel-Əvivin ürəyini vuracaq. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyinin yardımçısı Müjtəba Zolnur deyib.

Onun sözlərinə görə, İran hücuma məruz qalsa, İsrailə qarşı hava hücumu həyata keçirəcək.

Xatırladaq ki, Müjtəba Zolnur oxşar açıqlamaları keçən ilin oktyabr ayında da verib.

Son aylar Tehran və Qərb qüdrətləri arasında İranın nüvə proqramı ilə bağlı gərginliklər artmaqdadır. Birləşmiş Ştatlar BMT-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi səylərinə rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR