Bank Of Baku

İranda baş verən zəlzələdə 110 nəfər xəsarət alıb

İranda baş verən  zəlzələdə 110 nəfər xəsarət alıb
# 31 iyul 2010 01:29 (UTC +04:00)
Bakı-APA. İranın şimal- şərq bölgəsində 5.7 gücündə zəlzələ baş verib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində itki və ciddi dağıntılar olmayıb. Xorasan əyalətinin administrasiyasının nümayəndəsi Rezavi Məhəmməd Səfa bildirib ki, insanlara öz evlərini tərk etmək küçədə qalmaq məsləhət görülüb. Zəlzələdən 110 nəfər xəsarət alıb.
Zəlzələnin episentri Torbat-Heidari şəhərin yaxınlığında, Mashhad şəhərin 270 km cənubunda qeydə alınıb. Təbii fəlakət zonasına xilasetmə komandası göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR