Bank Of Baku

Əfqanıstanda Britaniya qüvvələri Talibana qarşı əməliyyat keçirir

Əfqanıstanda Britaniya qüvvələri Talibana qarşı əməliyyat keçirir
# 31 iyul 2010 17:51 (UTC +04:00)
Bakı-APA. Britaniya qüvvələri Əfqanıstanda Talibana qarşı keçirdikləri əməliyyatda irəliləyişə nail olublar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, əməliyyatın məqsədi Əfqanıstanın cənubunda Talibanı tutduğu mövqelərdən çıxarmaqdır.
Əməliyyatın adı "Tor Shezada" Əfqan dilindən "Qara Şahzadə" kimi tərcümə olunur.
Sözü gedə əməliyyat ötən gün səhər tezdən Hilmənd bölgəsində başlayıb və
iştirak edən əsgərlər Səidabad şəhəri yaxınlığına helikopterlərlə gətiriliblər.

Güman edilir ki, qiyamçılar öz hücumlarını bu ərazidən hazırlayırlarmış.
Əməliyyatda yüzlərlə Britaniya və Əfqan əsgərləri iştirak edir.
Bu əməliyyatın məqsədi Nad Əli vilayətində Talibanı istehkamlarından çıxarıb uzaqlaşdırmaqdır.

Bu ilin əvvəlində keçirilmiş Müştərək əməliyyatı zamanı Britaniya qüvvələri Səidabad şəhərini Taliban qüvvələrindən azad edə bilməmişdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR