Bank Of Baku

HƏMAS komandirin qətlinə görə İsraildən intiqam alacağına dair vəd verib

HƏMAS komandirin qətlinə görə İsraildən intiqam alacağına dair vəd verib
# 31 iyul 2010 19:46 (UTC +04:00)
Bakı-APA. Fələstin İslam hərəkatı HƏMAS Qəzzada İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində həlak olan komandirin intiqamını alacağına dair vəd verib.
APA-nın RFI radiosuna istinadən verdiyi xəbərə görə, İsrail hava zərbəsini 31 iyul gecəsi Fələstinin İsrail şəhəri Aşkelona raket hücumuna cavab olaraq həyata keçirib.
İsrailin bombardmanı zamanı Qəzzada Magazi qaçqın düşərgələrində tralerin partlaması nəticəsində HƏMAS komandiri İsa əl-Batran həlak olub. İsraillilər onu 2009 ildə bir dəfə qətlə yetirməyə cəhd göstərmişdilər.
Son hava əməliyyatında İsrail HƏMAS-ın 4 hərbi obyektini bombalayıb. Qəzzanı Misirlə birləşdirən tunelə bir neçə zərbə endirilib və nəticədə 8 nəfər xəsarət alıb.
"Sionist rejiminin yeni cinayəti cəzasız qalmayacaq ”, HƏMAS-ın nümayəndəsi Frans Pressə bildirib.

İsrailin yeni hücumlarından ehtiyat edən HƏMAS ümumi evakuasiya elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR